“Bəlkə də heç kimə nümunə olmaq istəmir, səhv yol seçdiyini düşünməyə meylliyik”

01:40 İspaniya 102
“Bəlkə də heç kimə nümunə olmaq istəmir, səhv yol seçdiyini düşünməyə meylliyik”

“Barselona”nın futbolçusu Lamin Yamalın futbolla əlaqəli olmayan problemləri ilə bağlı müzakirələr davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu problemlərin ispaniyalı futbolçunun karyerasına mane ola biləcəyinə inanılır.

“Cadena Ser”-in jurnalisti Ramon Besa bildirib ki, media Yamalın şəxsi həyatına çox müdaxilə edir:

“Hamımız özümüzü Yamalın məsləhətçiləri, müəllimləri, atası kimi təqdim edirik və hər birimiz onun nə etməli olduğunu bilirik. Amma sadəcə, onun özü olmasına icazə verməliyik.

Bəlkə də Yamal heç kimə nümunə olmaq istəmir. O, müəyyən qaydalara əməl etdiyi “La Masiya”da böyüyüb və indi öz taleyini seçməkdə sərbəstdir.

Problem ondadır ki, media onun şəxsi həyatına çox diqqət yetirir. Məsələn, hamı onun Jerar Pike və Şakiranın yaşadığı evə köçdüyünü bilir.

Təsəvvür edə bilərəm ki, Yamal bu şöhrətdən zövq alır, amma buna görə də onun səhv yol seçdiyini düşünməyə meylliyik”.

“Barselona” bu gün La Liqanın 11-ci turu çərçivəsində “Elçe” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!