Kilian Mbappe yenə ayın yaxşı oyunçusu seçildi - La Liqada

2 Noyabr 13:10 İspaniya 566
Kilian Mbappe yenə ayın yaxşı oyunçusu seçildi - La Liqada

“Real”ın hücumçusu Kilian Mbappe oktyabr ayında La Liqanın ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, fransız futbolçu ardıcıl ikinci dəfə sorğuda qalib olub.

O, sentyabrda da La Liqanın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.

Mbappe “Real”ın oktyabrda keçirdiyi hər üç çempionat matçında – “Barselona”, “Hetafe” və “Villareal”la görüşlərdə qol vurub. Bununla da o, komandasının liderliyini qorumasında böyük pay sahibi olub.

Mbappe sentyabrda La Liqada meydana çıxdığı 4 matçın hamısında fərqlənməyi bacarmışdı.

Fransız forvard hazırda 11 qolla La Liqanın bombardiridir. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu