“Real” Kerimlə uzunmüddətli müqavilə bağlamaq niyyətindədir

2 Noyabr 2025 00:20 İspaniya 2 061
“Real” Kerimlə uzunmüddətli müqavilə bağlamaq niyyətindədir

Avstriyanın “Zalsburq” klubunun futbolçusu Kerim Alaybeqoviç karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçiyə “Real” ciddi şəkildə maraq göstərir və klub onunla uzunmüddətli müqavilə bağlamaq niyyətindədir.

Onun uğrunda əsas rəqiblər isə “Çelsi” və “Mançester Yunayted”dir.

Alaybeqoviç cari mövsümdə 21 oyunda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti