“Danışmışam, oyunçular baş məşqçini tərifləməkdən əl çəkmirlər”

1 Noyabr 21:40 İspaniya 143
“Danışmışam, oyunçular baş məşqçini tərifləməkdən əl çəkmirlər”

“İnter Mayami”nin futbolçusu Jordi Alba keçmiş komandası “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Barca Times”-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bunu söyləyib:

“Mən “Barselona”dakı bir çox keçmiş komanda yoldaşlarımla danışmışam və onlar Fliki, onun işini tərifləməkdən əl çəkmirlər”.

Alba 2023-cü ildə ”Barselona”dan “İnter Mayami”yə keçib. Flik isə 2024-cü ilin yayından Kataloniya komandasına rəhbərlik etməyə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!