“Onu məhv etməyə çalışmamalıyıq, neçə problemi olduğunu bilmirəm”

1 Noyabr 2025 18:40 İspaniya 722
“Onu məhv etməyə çalışmamalıyıq, neçə problemi olduğunu bilmirəm”

“Atletiko”nun sabiq oyunçusu Qabi Fernandes “Barselona”nın futbolçusu Lamin Yamalın problemləri haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yamalın neçə problemi olduğunu bilmirəm, amma hazırda meydanda olduğundan daha çox meydandan kənarda aktivdir.

Yamal fantastik oyunçudur, amma ətrafda gördüklərimiz ona heç bir xeyir vermir. Onun çox məsuliyyəti var. Biz ona kömək etməliyik, onu məhv etməyə çalışmamalıyıq”.

18 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 8 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!