COP29

“Orada 10 qol vurub, indi özünə oxşamır – Ona məhəl qoymur”

6 Dekabr 2024 22:00 İspaniya 330
“Orada 10 qol vurub, indi özünə oxşamır – Ona məhəl qoymur”

“Arsenal”ın sabiq futbolçusu Emmanuel Peti həmyerlisi Kilian Mbappenin “Real”dakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, fransalı keçmiş yarımmüdafiəçi, Mbappenin Madriddə çox tənha olduğunu düşünür:

“Düşünürəm ki, o, Madriddə çox tənhadır. Çud Bellingemin meydanda Mbappeyə məhəl qoymadığını müşahidə edirəm.

Görünür, onun “Real”da dostu yoxdur. Həm də, o, həmişə çıxışından narazı qalan mətbuatın böyük təzyiqi altındadır.

Bəli, orada 10 qol vurub, amma bunlar quru statistikadır. Mbappe indi özünə oxşamır”.

25 yaşlı forvard “Real”a yayda azad agent kimi keçib. O, bu mövsüm keçirdiyi 20 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti