“Barselona”dan ayrılan kapitanla hansı klublar maraqlanır?

14 Avqust 2024 18:40 İspaniya 1 044
“Barselona”dan ayrılan kapitanla hansı klublar maraqlanır?

“Barselona”nın keçmiş kapitanı Serxi Roberto MLS və ya Səudiyyə Ərəbistanı çempionatına keçməzdən əvvəl Avropada bir neçə il daha oynamaq istəyir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə müqavilə imzalamaqda “Jirona”, “Sevilya”, “Ayaks”, “Vest Hem”, “Fiorentina” və “Komo” kimi klublar maraqlıdır.

Serxi Roberto bütün karyerasını 2011-ci ildən oynadığı “Barselona”da keçirib. O, rəhbərliklə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib və bu yay azad agent kimi klubdan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti