COP29

"Barselona"dan yüksək təzminat tələb edir - Premyer Liqa təmsilçisi

26 May 17:20 İspaniya 757
"Barselona"dan yüksək təzminat tələb edir - Premyer Liqa təmsilçisi

"Barselona" "Liverpul"un futbolçusu Luis Diasın transferini həll etmək niyyətindədir.

Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku bunun üçün bir müddət "Liverpul" rəsmiləri ilə danışıq aparır.

Kolumbiyalı yarımmüdafiəçinin özü də "Barsa"ya keçməkdə maraqlıdır.

"Liverpul" futbolçusu üçün yüksək təzminat tələb edir. Tərəflər maliyyə məsələsində razılıq əldə etsələr, Dias yayda Kataloniya klubu ilə 3 illik müqaviləyə qol çəkəcək.

"Barrankila", "Atletiko Junior", Porto" klublarında oynamış Dias 2022-ci ildən "Liverpul"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"