"Tənqid olunur, amma nəticə çıxarır, çox razı qaldım"

2 Fevral 2023 10:20 İspaniya 355
"Tənqid olunur, amma nəticə çıxarır, çox razı qaldım"

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 17-ci turunun təxirə salınmış “Betis”lə oyununu (2:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, matçdan razı olduğunu bildirib:

“Oyundan çox razı qaldım. “Jirona” ilə matçla müqayisədə xeyli irəliləmişik. Möhtəşəm oyun oldu.

Topu itirməmək çox vacib idi. Oyunun sonuna qədər üstünlüyümüzü qoruyub saxladıq.

Rafinya yalnız vurduğu qola görə yox, həm də müdafiədəki oyununa görə çox yaxşı işlər gördü. Tənqid olunur, amma nəticə çıxarır. Həqiqətən, biz onun çıxışını yüksək qiymətləndiririk”.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlinə 50 xalla başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"