“Real”da oynamaq istəyir - İngiltərə klubunun təklifindən imtina etdi

23 Sentyabr 2022 10:20 İspaniya 497
“Real”da oynamaq istəyir - İngiltərə klubunun təklifindən imtina etdi

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingem 2023-cü ilin yayında “Real”a keçməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito” telekanalı məlumat yayıb.

“Real” futbolçu ilə yaxından maraqlanır və onunla gələn yay transferi üçün artıq əlaqə saxlanılıb. Bellingemin Madrid klubuna müsbət cavab verdiyi deyilir.

Xəbərdə bildirilib ki, “Mançester Siti”dən gələn təklifə baxmayaraq, Bellingemin “Real”da oynamaq istəyir.

“Borussiya”nın 2023-cü ilin yayında 19 yaşlı Bellingem üçün 150 milyon avro tələb edəcəyi deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!