“Mən ayrılmıram, bütün həyatım boyu bu klubdayam”

15:40 İspaniya 2 095
“Mən ayrılmıram, bütün həyatım boyu bu klubdayam”

“Barselona”nın müdafiəçisi Alexandro Balde bu yay komandadan ayrılmayacağını açıqlayıb.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Kataloniya klubunda qalmaq istədiyini bildirib:

“Mən ayrılmıram. “Barselona” mənim evimdir. Mən 16 ildir ki, bütün həyatım boyu bu klubdayam. Burada uğur qazanmaq istəyirəm və fikirlərim bura bağlıdır”.

Son vaxtlar “Barselona”nın Baldeni yay transfer dövründə sata biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Balde 2025/26 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 42 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!