“Barselona”dan 55 milyon avroluq tələb - braziliyalı üçün

23 İyun 2022 10:00 İspaniya 804
“Barselona”dan 55 milyon avroluq tələb - braziliyalı üçün

“Barselona” “Lids”in hücumçusu Rapinyanı transfer etməyə çalışır.

Sportinfo.az xəbər verir ki, kataloniyalılar 25 yaşlı braziliyalının transferi ilə bağlı futbolçunun agenti Deku ilə razılığa gəliblər.

Amma İngiltərə klubu futbolçu üçün 55 milyon avro almaq istəyir. “Barselona” isə bu məbləği ödəməyə hazır deyil.

İngiltərə Premyer Liqasının bir neçə klubu da Rapinya ilə maraqlanır, o cümlədən “Arsenal”. Lakin onların heç biri hələ futbolçu üçün rəsmi təklif göndərməyib.

Rafinya 2021/22 mövsümündə “Lids”də 36 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2