Azərbaycanda 2 qol vuran hücumçu: “Böyük komandalar belə qalib gəlir”

15 İyul 2025 00:40 Avropa Liqası 2 255
Azərbaycanda 2 qol vuran hücumçu: “Böyük komandalar belə qalib gəlir”

"Çelye"nin hücumçusu Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Masazırda “Sabah" üzərində qazandıqları qələbə (3:2) ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “24ur.com”a istinadən xəbər verir ki, bu görüşdə dubla imza atan xorvatiyalı forvard bunları deyib:

“Biz layiqli qalib gəldik. "Sabah" keyfiyyətli rəqib olduğunu göstərdi.

Amma komandamız əsas məqamlarda əsl xarakter nümayiş etdirdi. Böyük komandalar belə qalib gəlir”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim