"Çempionata qismən də olsa, hazırıq" - Baş məşqçi deyir

2 Fevral 11:40 I Divizion 1 298
"Çempionata qismən də olsa, hazırıq" - Baş məşqçi deyir

«Komandanı demək olar yenidən qurmuşuq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçisi Elgiz Kərəmli deyib.

«Fədailər» I Liqada mövsümün ikinci yarısına hazırlığı sürətləndirib. Qarabağ qazilərinin təmsilçisi təlim-məşq toplanışının ilk iki mərhələsini geridə qoyub.

Fasilə müddətinin üçüncü fazasına daxil olan Ağsu komandası artıq 4 yoxlama görüşündə qüvvəsini sınayıb.

Aşağı liqanın debütantı öncə «Sabah»ın gənclərdən ibarət kollektivinə 6:1 hesabıyla qalib gəlib. Ardınca MOİK-i 3:1, «Cəbrayıl»ı 1:0, «Şəfa»nı 6:1 udublar.

Gənc mütəxəssis hazırlıq prosesinin normal keçdiyini bildirib:

«Təlim-məşq toplanışı 24-31 yanvar aralığında Bakıda təşkil olundu. Toplanışın məqsədi oyunçuların bir birinə uygunlaşmasını sürətləndirnmək idi.

Bu müddət ərzində 3 yoxlama görüşü planlaşdırmışdıq, lakin bir çox oyunçumuzun saglıq durumuna görə onlardan birini ləğv etməli olduq.

Keçirdiyimiz digər iki oyunda müsbət hallar çoxluq təşkil etdiyi üçün düşünürəm ki, çempionata qismən də olsa, hazırıq. Yeni transferlərin komandaya güc qatdığı qənaətindəyəm.

Klubun prezidenti Asəf Məlikova təşəkkür edirəm ki, çempionatda autsayder olmağımıza baxmayaraq, bizə inanır. Rəhbərlik komandanı uğura daşıya bilməyimiz üçün hər cür şərait yaradıb.

Nəzəri və praktiki baxımdan komandanı hazırlamaq üçün şəraitimiz yaxşıdır. Bundan maksimum yararlanmağa çalışırın.

Futbolçulara iki günlük istirahət vermişdik, sabahdan yenə bir araya gələcəyik. Fevralın 8-də çempionat bərpa olunacaq.

Bizi həmin gün Şamaxıda «Araz Saatlı» ilə vacib matç gözləyirik. Məqsədimiz brdir - mövsümün qarşıdakı həftələrində yaxşı nəticələr qazanmaq və liqada yerimizi möhkəmləndirmək».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!