Ançelotti “Real” rəhbərliyindən onu istədi

10 İyun 2021 01:24 İspaniya 954
Ançelotti “Real” rəhbərliyindən onu istədi

“Sassuolo”nun futbolçusu Manuel Lokatelli karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Real” yaxından maraqlanır.

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Madrid komandasının yeni baş məşqçisi Karlo Ançelotti rəhbərlikdən həmyerlisinin transfer edilməsini istəyib.

İtaliya milli komandasının da üzvü olan Lokatellinin “transfermarkt”da dəyəri 35 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti