"Real"dan "Osasuna"ya 2 qol, 3 xal - VİDEO

2 May 2021 10:00 İspaniya 1 139
"Real"dan "Osasuna"ya 2 qol, 3 xal - VİDEO

"Real" La Liqada növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi 34-cü turda "Osasuna" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

76-cı dəqiqədə Eder Militao fərqlənib. Kasemiro isə 80-ci dəqiqədə matçın yekun hesabını müəyyənləşdirib.

"Real" hazırda turnir cədvəlində 74 xalla 2-cidir. "Osasuna" isə 40 xalla 11-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti