Messi “Barselona”da olmasa, nə olar?

26 Fevral 23:40 İspaniya 744
Messi “Barselona”da olmasa, nə olar?

“Komandanın ən təcrübəli futbolçuları belə həmişə hər şeyi təkbaşına edə bilmir”.

Sportinfo.az xəbər verir ki, bunu İspaniya “Barselona”sının baş məşqçisi Ronald Kuman deyib.

Niderlandlı mütəxəssis La Liqa təmsilçisinin lideri Lionel Messinin komandanı daim təkbaşına daşımasının mümkünsüzlüyünü vurğulayıb:

“Messi La Liqada 18 qol vurub. Hücum xəttinin digər oyunçularının hamısı birlikdə eyni qədər fərqlənib. Messiyə də kömək lazımdır.

Həmişə hər şeyi etməyi ən yaxşı və ən təcrübəlilərin öhdəsinə buraxmaq olmaz. Məsuliyyəti təkcə veteranlar deyil, hamı daşımalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 17:40 Bəs "Zirə" nə etsin?