Premyer Liqada koronavirusa daha 2 yoluxma

29 Oktyabr 2020 11:06 İngiltərə 709
Premyer Liqada koronavirusa daha 2 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə 19-25 oktyabr aralığında 1609 nəfərdən koronavirus testi götürüldüyü, yalnız iki nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.

Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 44-ə çatıb. Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!