“Mançester Yunayted”idə heyətə salınmadığını sosial şəbəkədən öyrənib

21 Oktyabr 2020 15:32 İngiltərə 562
“Mançester Yunayted”idə heyətə salınmadığını sosial şəbəkədən öyrənib

“Mançester Yunayted”in qapıçısı Serxio Romero qəribə durumla üzləşib.

Sportinfo.az xəbər verir ki, argentinalı qapıçı İngiltərə Premyer Liqasının və ÇL-in oyunları üçün sifariş edilməyib.

Ancaq o, bu xəbəri sosial şəbəkədən öyrənib.

Məşqçilər korpusu və klub rəsmiləri bu barədə futbolçunu məlumatlandırmağı vacib hesab etməyiblər. Romero “Mançester Yunyated”ə 2015-ci ildə “Sampdoriya”dan keçib. Həmin vaxt De Xeanın klubu tərk edəcəyi gündəmdə idi.

Ancaq De Xea klubda qaldı və argentinalı qapıçı da ehtiyatda oturmalı oldu. O, ancaq kubok oyunlarında meydana çıxır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”