Paytaxt klubu transferlərdən doymur

3 Avqust 2020 20:20 İngiltərə 1 788
Paytaxt klubu transferlərdən doymur

"Çelsi"nin baş məşqçisi Frenk Lempardın transfer hədəfləri bəlli olub.

Sportinfo.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Lempard ilk növbədə "Lester"in sol cinah müdafiəçisi Ben Çiluellin transferində maraqlıdı. Alternativ variant kimi "Atletiko"nun arxa xətt oyunçusu Xose Ximenesin adı da hallanır. Bununla yanaşı, 42 yaşlı mütəxəssis rəhbərlikdən bir qapıçı və minimum bir mərkəz müdafiəçisinin transferini istəyib.

Qeyd edək ki, "Çelsi" artıq heyətini Timo Verner və Hakim Zieşlə gücləndirib. "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Havertsin adı da "zadəganlar"la birlikdə hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda