33 ildən sonra ilk dəfə

3 Avqust 11:20 İngiltərə 339
33 ildən sonra ilk dəfə

İngiltərə kubokunun final qarşılaşmasında “Arsenal” “Çelsi”yə 2:1 hesabı ilə qalib gələrək, kuboku qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, “topçular”ın baş məşqçisi Mikel Artetanın klubdakı ilk titulu olub.

Ötən ilin dekabrından komandanı çalışdıran 38 yaşlı mütəxəssis, buna ilk mövsümündə nail olub. Bununla da, Arteta, 33 ildən sonra “Arsenal”dakı birinci mövsümündəcə titul qazanan ilk mütəxəssis olub.

Sonuncu dəfə belə uğuru 1986/87-ci il mövsümündə Corc Qrema qazanmışdı. Bundan başqa, Arteta London klubunda həm futbolçu, həm də baş məşqçi kimi ölkə kubokunu qazanan ilk şəxs olub.

Xəbər Lenti
22 Sentyabr 23:20 Qurban Qurbanova çatdı
22 Sentyabr 22:20 Vidalla müqavilə imzaladı
21 Sentyabr 22:00 Mendi transferində tamam