"Birmingem" də gözünü Renat Dadaşova dikib

4 İyul 2020 21:20 İngiltərə 1 056
"Birmingem" də gözünü Renat Dadaşova dikib

"Vulverhempton"un hücumçusu Renat Dadaşov İngiltərə Çempionşipində mübarizə aparan "Koventri" ilə yanaşı, "Birmingem"in də hədəfindədir.

Sportinfo.az xəbər verir ki, klublar 21 yaşlı futbolçunu icarəyə götürmək uğrunda mübarizə aparırlar.

"Birmingem" hələ qış fasiləsində Dadaşovu icarəyə götürmək istəyirdi. Ancaq "mavilər" gənc oyunçunun keçidində razılığa gələ bilməmişdi.

Renat Dadaşov "Vulverhempton"un U-23 komandasında çıxış edir. Azərbaycan millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var