Premyer Liqa klublarına daha bir güzəşt

25 May 2020 22:00 İngiltərə 857
Premyer Liqa klublarına daha bir güzəşt

İngiltərədə koronavirus pandemiyası səbəbindən dayandırılmış cari mövsümün bərpası istiqamətində daha bir addım atılıb.

Sportinfo.az "Mirror"a istinadən xəbər verir ki, Britaniya hökuməti Premyer Liqa klublarının komanda halında, təmasdan çəkinmədən məşq etmələrinə icazə verib.

Daha əvvəl bu, qadağan idi. 24 mayda İPL klublarının təkrar testlərinin nəticəsi açıqlanmış, daha iki nəfərin koronavirusa yoluxduğu məlum olmuşdu. Beləliklə, İngiltərə çempionatında COVID-19 aşkarlanan şəxslərin sayı 8-ə çatıb.

Daha öncə "Uotford"un hücumçusu Troy Dini və "Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante məşqlərə qatılmaqdan imtina etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada