"Yeddi-səkkiz həftəlik istirahətdən sonra oynamaq ciddi problem yaratmaz"

3 Aprel 18:34 İngiltərə 103
"Yeddi-səkkiz həftəlik istirahətdən sonra oynamaq ciddi problem yaratmaz"

"Everton"un baş məşqçisi Karlo Ançelotti koronavirus epidemiyası səbəbindən İngiltərə Premyer Liqasının dayandırılmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis hazırda sağlamlığın daha önəmli olduğunu bildirib:

"Fasilənin nə qədər davam etməsi vacib deyil. Futbolçular 15 gündən sonra fiziki durumlarını bərpa edə bilərlər. Oyunçuların yeddi və ya səkkiz həftəlik istirahətdən sonra meydana qayıtmaqları ciddi problem yaratmaz.

Əlbətdə ki, qayıdanda yüz faiz hazır olmayacaqlar, amma oynaya biləcəklər. Bütün klublarda vəziyyət eynidir. Matçları oynayaraq məşq edəcəyik.

Əsas odur ki, çempionatlar təhlükəsizlik təmin olandan sonra başlasın. Oyunların azarkeşsiz keçirilməsi yaxşı seçim deyil. Amma sağlamlıq naminə bunu etməliyik”.

Xəbər Lenti