Türkdən "haqqıdır” etirafı

31 Mart 2020 16:28 İngiltərə 444
Türkdən  "haqqıdır” etirafı

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan hesab edir ki, “Liverpul” Premyer Liqanın qalibi elan olunmalıdır.

Sportinfo.az xəbər verir ki, Gündoğan bu mövsüm “Liverpul”un çempionluğu haqq etdiyini bildirib:

“Titulu “Liverpul”a vermək? Mən buna “hə” deyirəm. Çempionluq “Liverpul”un haqqıdır. Mən bir idmançı kimi ədalətli olmalı və həqiqəti deməliyəm”.

“Liverpul” son 9 oyununda 2 qələbə qazansa, çempionluğu təmin edəcək. Premyer Liqa koronavirusa görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti