Premyer Liqa çempionluğunu nə vaxt rəsmiləşdirəcək?

26 Fevral 2020 01:24 İngiltərə 643
Premyer Liqa çempionluğunu nə vaxt rəsmiləşdirəcək?

Premyer Liqada məğlubiyyətsiz irəliləyən "Liverpul" çempionluğa doğru addımlayır.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" 27 turdan sonra ən yaxın izləyicisi "Mançester Siti"dən 22 xal öndədir.

Yurgen Kloppun rəhbərlik etdiyi komanda növbəti 4 turda da qalib gəlsə, çempionluğu təmin edəcək. Bu da martın 21-i 31-ci tur çərçivəsində "Kristal Pelas"la keçiriləcək oyuna təsadüf edir.

Premyer Liqada ən tez çempionluğu 2000/01 mövsümündə "Mançester Yunayted" və 2017/18 mövsümündə "Mançester Siti" əldə edib. Mançester təmsilçiləri sona 5 tur qalmış bunu bacarmışdı.

"Liverpul" 31-ci həftədə bunu reallaşdırsa, sona 7 tur qalmış çempion olacaq. Əgər "Mançester Siti" növbəti turlarda xal itirsə, mersisaydlılar daha erkən çempion ola bilər. 18 dəfə İngiltərə çempionu olmuş "Liverpul" sonuncu dəfə 1989/90 mövsümündə 1-ci olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı