Premyer Liqa klubunun yeni transferi məhkəmədən yayındı

22 Fevral 2020 00:00 İngiltərə 449
Premyer Liqa klubunun yeni transferi məhkəmədən yayındı

“Tottenhem”in yeni transferi Stiven Berqveyn sürücülük hüququndan məhrum edilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Fevralın 20-də Berqveynin məhkəməsi olub. Ancaq nə Berveyn, nə də onun vəkili məhkəmədə iştirak edib.

Hadisə ötən ilin avqustunun 9-da olub. Berqveyn Niderlandın Eyndhoven şəhərində sürət həddi 70 mk/saat olan yolda 146 km/saat sürətlə hərəkət edib.

Məhkəməyə gəlməyən futbolçu sürücülük hüququnu itirə bilər. Berqveyn qış transfer pəncərəsi dövründə PSV-dən “Tottenhem”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”