Millinin baş məşqçi postuna namizədlərin SİYAHISI BURADA

17 İyul 2024 12:00 İngiltərə 2 386
Millinin baş məşqçi postuna namizədlərin SİYAHISI BURADA

İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb.

Sportinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter favorit hesab olunur. İkinci yerdə “Nyukasl”ın çalışdırıcısı Eddi Hau, üçüncü pillədə isə İngiltərənin U-21 yığmasına rəhbərlik edən Li Karsli qərarlaşıb.

Tanınmış mütəxəssislərdən almaniyalı Tomas Tuxel və argentinalı Mauritsio Poçettino da bu postu tutmağa namizəddirlər.

Qaret Sautqeyt iyulun 16-da istefa verəndən sonra İngiltərə yığmasının baş məşqçi postu boş qalıb.

Komanda onun rəhbərliyi altında AVRO-2024-ün finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM