Premyer Liqa klubunun yeni transfer hədəfi – Fransalı vinger

2 İyun 2024 00:10 İngiltərə 1 619
Premyer Liqa klubunun yeni transfer hədəfi – Fransalı vinger

"Mançester Yunayted" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Kristal Pelas"da çıxış edən Maykl Oliseni transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" qısa zaman ərzində transferdə əsas hədəfi olan 22 yaşlı vinger üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.

"Kristal Pelas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib.

Fransalı futbolçu bu mövsüm Şimali London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu