“Arsenal”ın hücumçusu ilə maraqlanır - İtaliyanın iki top-klubu

24 Yanvar 00:20 İngiltərə 301
“Arsenal”ın hücumçusu ilə maraqlanır - İtaliyanın iki top-klubu

Braziliyalı hücumçu Qabriel Jesus “Arsenal”dan ayrıla bilər.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, yay transfer pəncərəsi Jesus üçün dönüş nöqtəsi olacaq.

Hücumçunun hazırkı müqaviləsinin müddətinin bitməsinə bir il yarım qaldığı üçün London klubu onu satmağı düşünə bilər.

“Yuventus”la “Milan” Jesusla maraqlanır və təklif irəli sürməyə hazırdırlar.

Jesus 2022-ci ildə “Mançester Siti”dən “Arsenal”a 52 milyon avroya keçib. O, bu mövsüm “topçular”ın heyətində bütün yarışlarda 12 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”