Van Dayka əvəzləyici tapdı - “Qarabağ”ın rəqibi

10:40 İngiltərə 105
Van Dayka əvəzləyici tapdı - “Qarabağ”ın rəqibi

“Tottenhem”in müdafiəçisi Mikki van de Ven karyerasını “Liverpul”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

Mersisaydlılar 24 yaşlı futbolçunu Vircil van Daykın uzunmüddətli əvəzləyicisi kimi görürlər. Van de Ven üçün şəxsi müqavilə şərtləri heç vaxt problem olmayıb və “Liverpul” onunla asanlıqla razılığa gələ bilər.

Vurğulanır ki, müdafiəçinin özü də “qırmızılar”a keçmək istəyir, ancaq transferin qışda baş tutması real görünmür.

Niderlandlı Van de Ven cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı