“Mənim iki namizədim var, bu komandaya dəli məşqçi lazımdır”

12:45 İngiltərə 143
“Mənim iki namizədim var, bu komandaya dəli məşqçi lazımdır”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand keçmiş komandası üçün baş məşqçi postuna iki namizəd göstərib.

Sportinfo.az xəbər verir ki, ingiltərəli sabiq futbolçu BBC-yə açıqlamasında belə deyib:

“İndi “Mançester Yunayted”ə dəli bir məşqçi lazımdır. Komandaya həmişə mübarizə aparmağa hazır olan və jurnalistlərin tənqidinə dözməyəcək məşqçi gərəkdir.

Mənim isə iki namizədim var: Antonio Konte və Roberto de Zerbi”.

“Mançester Yunayted” yaxınlarda portuqaliyalı baş məşqçi Ruben Amorimlə yollarını ayırıb. “Qırmızı şeytanlar”ı müvəqqəti olaraq Maykl Karrik çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı