“Real”dan qovulan məşhur yenidən Qurban Qurbanovun yolunun üstünə çıxacaq?

14:20 İngiltərə 252
“Real”dan qovulan məşhur yenidən Qurban Qurbanovun yolunun üstünə çıxacaq?

Bir neçə gün öncə “Real Madrid”dən ayrılan Xabi Alonso Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Liverpul”un baş məşqçisi ola bilər.

Sportinfo.az xəbər verir ki, bukmeykerlərin fikrincə, ispaniyalı mütəxəssisin Arne Slotu əvəzləmək ehtimalı yüksək, yəni 2.37-dir.

Alonsonun vaxtilə futbolçu kimi çıxış etdiyi Bundesliqaya, konkret olaraq “Bavariya”ya qayıdışı isə 6.50 əmsalı ilə qiymətləndirilir.

Xabi Alonso “Mançester Yunayted”i yenidən əvvəlki səviyyəyə qaytarmağa razılaşsa, bu seçim üçün əmsal 9.00 təşkil edir. “Tottenhem” variantı isə bir qədər az ehtimallı sayılır -10.00.

Daha sonra “Mançester Siti” (13.00), PSJ (15.00), “Nyukasl” (19.00), “Bayer” və İngiltərə millisi (hər ikisi 21.00) gəlir.

"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də İngiltərənin "Enfild" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO