“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill hesab edir ki, klub müvəqqəti baş məşqçisi Maykl Karriki yalnız bu mövsüm postunda saxlamalıdır.
Sportinfo.az “Stick to Football”-a istinadən xəbər verir ki, Nevill, Karrikin uğurlu seriyası olsa belə, onun klubda qalmasının doğru olmayacağını bildirib:
“Ümid edirəm, ona hər şey uğur gətirər. Amma Mayklın mövsümün sonunda baş məşqçi olaraq qalmasını düşünmək düzgün deyil – həm onun, həm də klub üçün.
Hətta o, bütün oyunları qazana, inanılmaz bir dövr keçirə bilər, azarkeşlər coşar, komanda Çempionlar Liqasının zonasında və ya beşinci yerdə ola bilər.
Amma mövsümün sonunda digər variantlara baxmaq lazımdır: məsələn, Maurisio Poçettino, Tomas Tuxel və ya Karlo Ançelotti”.
Nevill əlavə edib ki, Ançelottinin yaşı (66) və mövcud iş şəraiti onu ən ideal seçim edir və bu, onun son klub müqaviləsi ola bilər:
“Premyer Liqa təcrübəsi, səbri və soyuqqanlılığı olan bir insan varsa, bu, mütləq nəzərə alınmalıdır”.

