“Mançester Yunayted”in kapitanı Bruno Fernandesin yaxın zamanda klubu tərk edəcəyi ilə bağlı şayiələr səngimir.
Portuqaliyalı yarımmüdafiəçinin adı “Bayern” və Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri ilə hallandırılır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi mənbələr 31 yaşlı futbolçunun artıq yanvarda komandadan ayrıla biləcəyini iddia etsə də, bu ssenari real görünmür.
Fernandes qış transfer pəncərəsində “qırmızı şeytanlar”ın sıralarını tərk etməyi düşünmür. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Mançester Yunayted”də ötən günlərdə Maykl Karrikin komandanın müvəqqəti baş məşqçisi təyin olunduğu açıqlanıb.

