“Qarabağ”ın rəqibinin kapitanını heyətinə qatmaq istəyiblər

15:40 İngiltərə 104
“Qarabağ”ın rəqibinin kapitanını heyətinə qatmaq istəyiblər

“Liverpul”un müdafiəçisi Vircil van Dayk İngiltərə Premyer Liqasının başqa bir top-klubunun maraq dairəsində olub.

Ötən ilin əvvəlində “qırmızılar”ın kapitanının gələcəyi qeyri-müəyyən görünürdü, çünki onun müqaviləsinin müddəti yayda başa çatmalı idi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” niderlandlı müdafiəçini azad agent statusu ilə heyətinə qatmaq imkanını nəzərdən keçirib.

Ancaq digər iddiaçılar kimi, onlar da Van Daykın “Liverpul”la müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmasından sonra bu variantdan imtina ediblər.

34 yaşlı futbolçu 2018-ci ilin əvvəlindən “Liverpul”un şərəfini qoruyur. O, cari mövsümdə Arne Slotun rəhbərliyi altında 29 oyuna çıxıb və 2 qol vurub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti