"Qarabağ"ın rəqibi oyunçu qıtlığı ilə üzləşdi - Təcili axtarışa çıxdılar

21:40 İngiltərə 99
"Qarabağ"ın rəqibi oyunçu qıtlığı ilə üzləşdi - Təcili axtarışa çıxdılar

Sportinfo.az xəbər verir ki, İngiltərə çempionu "Liverpul" oyunçu qıtlığı ilə üzləşib.

"Sky Sport Germany"nin məlumatına görə, klubda yaranmış vəziyyət baş məşqçi Arne Slotu çətin durumda qoyub.

Belə ki, komandanın gənc müdafiəçisi Konor Bredli əməliyyat olunub və bu durumda futbolçu üçün mövsüm artıq başa çatıb. O, "Arsenal"la qolsuz bərabərliklə bitən oyunda (0:0) dizindən ağır zədə almışdı.

Hazırda komandada sağ cinah müdafiəsi üçün yalnız Ceremi Frimponq və Co Qomez qalıb. Lakin Məhəmməd Salahın Afrika Millətlər Kubokuna yollanması səbəbindən Frimponq məcburən hücum xəttində oynadılır.

Qomezin isə zədəyə meyilli olması və fiziki durumu ona tam 90 dəqiqə mübarizə aparmağa imkan vermir.

Məlumata görə, "mersisaydlılar" təcili olaraq transfer bazarına üz tutub və yeni sağ cinah müdafiəçisi axtarışına çıxıb.

Qeyd edək ki, mətbuatda Dortmund "Borussiya"sının oyunçusu Yulian Ryersonun adı hallansa da, onun İngiltərə klubunun transfer hədəfində olmadığı bildirilib.

"Liverpul" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. Qarşılaşma yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti