“Real” gözlənilmədən Kral Kubokunda mübarizəni dayandırdı - VİDEO

15 Yanvar 15:40 İngiltərə 575
“Real” gözlənilmədən Kral Kubokunda mübarizəni dayandırdı - VİDEO

İspaniya Kubolunun 1/8 final mərhələsi çərçivəsində “Albasete” – “Real Madrid” qarşılaşması baş tutub.

Sportinfo.az xəbər verir ki, “Karlos Belmonte” stadionunda keçirilən görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

42-ci dəqiqədə Vilyarın qolu ilə hesabda önə çıxan “Albasete” 45+3-cü dəqiqədə Mastantuononun qoluna əngəl ola bilməyib. Betankor 82-ci dəqiqədə təkrar ev sahiblərini hesabda irəli çıxarıb.

Qarsiya 90+1-ci dəqiqədə “Real Madrid”in bərabərlik qolunu vursa da, 90+4-cü dəqiqədə Betankor dubla imza atıb və “Kral klubu”nu turnirdən kənarlaşdırıb.

Bununla da Alvaro Arbeloa “Real Madrid”in baş məşqçisi kimi ilk rəsmi oyununda məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!