Baş məşqçiyə güvənir - “Qarabağ”ın rəqibinin sahibləri

00:10 İngiltərə 62
Baş məşqçiyə güvənir - “Qarabağ”ın rəqibinin sahibləri

“Liverpul”un sahibi olan “Fenway Sports Group” şirkəti komandanın baş məşqçisi Arne Slota tam şəkildə güvənməyə davam edir.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, həm Məhəmməd Salahın (“Liverpul”un hücumçusu) yaratdığı son qalmaqal, həm də komandanın uğursuz nəticələri rəhbərliyin mövqeyini dəyişməyib.

Slot 2024-cü ilin yayında “Liverpul”a baş məşqçi təyin olunub və ilk mövsümündə komandanı İngiltərə çempionluğuna daşıyıb.

Bununla belə, hazırda mersisaydlılar Premyer Liqanın 15 turundan sonra 23 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıblar.

“Liverpul” sabah, saat 00:00-da Çempionlar Liqasının 6-cı turunda səfərdə “İnter”lə qarşılaşacaq. Komanda bu turnirdə “Qarabağ”ın da rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu