İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill “Liverpul”un cari Premyer Liqa mövsümündəki zəif oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, Mersisayd klubunun dağıldığını söyləyib:
“Komanda hazırda əzab çəkir. “Liverpul”da ardıcıllıq yoxdur. Bu komandaya inam qalmayıb.
Onların qalib gəlməsini gözləyirsən, amma oyunçular səhv etməyə davam edirlər. Tənbəlliyin komandası dağılır”.
“Qırmızılar” İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə “Lids”lə 3:3 hesablı heç-heçə edib. Komanda turnir cədvəlində 23 xalla 7-ci yerdədir.
”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

