“Vau! Bəlkə mənə müsahibə verməyin vaxtıdır?” - Jurnalist mesaj verdi

10:20 İngiltərə 54
“Vau! Bəlkə mənə müsahibə verməyin vaxtıdır?” - Jurnalist mesaj verdi

Jurnalist və televiziya aparıcısı Pirs Morqan hücumçu Məhəmməd Salahın “Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”u tənqid etməsinə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Vau! Bəlkə, mənə müsahibə verməyin vaxtıdır?”

Salah ardıcıl son üç oyunu ehtiyat oyunçular skamyasında keçirib və buna görə o, “Liverpul” rəhbərliyini və baş məşqçi Arne Slotu tənqid edib.

Misirli futbolçu məyus olduğunu, cəzasının səbəblərini başa düşmədiyini və klubun uğursuzluqlara görə günahı onun üzərinə atdığını bildirib.

Kriştiano Ronaldo 2022-ci ildə Morqana mübahisəli bir müsahibə verərək, klubun 2009-cu ildən bəri inkişaf etmədiyini, rəhbərliyin və sabiq baş məşqçi Erik ten Haqın ona hörmətsizlik etdiyini iddia edərək, “Mançester Yunayted”i tənqid etmişdi.

Bu, onun klubla müqaviləsinin ləğvinə və “Əl-Nəsr”ə transferinə səbəb olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!