“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu öz planlarından geri çəkilmir – o, yanvarda icarəyə yollanmağa ümid edir.
20 yaşlı futbolçu əsas heyətdə müntəzəm yer ala bilmədiyi üçün vəziyyətini dəyişmək və daha çox oynamaq istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçuya maraq çox böyükdür:
klub icazə verəcəyi təqdirdə, Mainu qışda ən azı 12 komanda arasından seçim edə biləcək.
Mainu İngiltərə millisinin baş məşqçisi Tomas Tuxeli təsirləndirmək və komanda ilə 2026-cı il dünya çempionatına yollanmaq üçün mövsümün ikinci yarısında daha çox oyun praktikası qazanmaq niyyətindədir.

