45 milyon avro qoyməti olan yarımmüdafiəçi ilə maraqlanır - “Qarabağ”ın rəqibi

6 Dekabr 2025 22:00 İngiltərə 944
45 milyon avro qoyməti olan yarımmüdafiəçi ilə maraqlanır - “Qarabağ”ın rəqibi

“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İngiltərə Premyer Liqasının top-klublarından birində davam etdirə bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Liverpul” braziliyalı futbolçuya maraq göstərir.

Mersisayd klubu 26 yaşlı oyunçunu yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

“Transfermarkt”də Edersonun bazar dəyəri 45 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Ederson cari mövsümdə “Atalanta” ilə 13 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü