Braziliyalı hücumçu üçün təklif hazırlayır - Premyer Liqa nəhəngi

18:20 İngiltərə 96
Braziliyalı hücumçu üçün təklif hazırlayır - Premyer Liqa nəhəngi

“Mançester Siti” “Real”ın hücumçusu Rodriqonu transfer etmək üçün ciddi təklif hazırlayır.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “şəhərlilər” braziliyalı futbolçu üçün 70 milyon funt sterlinq (təxminən 80 milyon avro) təklif etməyə hazırdır.

Klub rəhbərləri planlaşdırırlar ki, müqavilə yanvarda, qış transfer pəncərəsi açıldığı zaman reallaşsın.

Rodriqonun “Mançester Siti”yə keçəcəyi barədə xəbərlər hələ yayda gündəmə gəlmişdi. Həmçinin, onunla maraqlanan klublar arasında “Arsenal” və “Liverpul” da olub.

24 yaşlı forvard Xabi Alonsonun rəhbərliyi altında əsas heyətdə nadir hallarda oynayır ki, bu da onun satışına dair davamlı söz-söhbətlərin əsas səbəbidir.

Digər Xəbərlər
Xəbər Lenti