Premyer Liqa təmsilçisi qış fasiləsində kimləri satacaq - “QARA SİYAHI”

10:20 İngiltərə 61
Premyer Liqa təmsilçisi qış fasiləsində kimləri satacaq - “QARA SİYAHI”

“Mançester Yunayted” yaxınlaşan qış transfer pəncərəsində heyətin 4 üzvü ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Bildirilib ki, “qırmızı şeytanlar” satılan oyunçulardan əldə ediləcək vəsaitlə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

Satış üçün nəzərdə tutulan futbolçuların sırasında Kobbi Meynu, Coşua Zirkze, Manuel Uqarte və Tayrell Malasiyanın adları hallanır.

Lakin klub rəhbərliyi hazırda çətin vəziyyətlə üz-üzədir. Belə ki, komandanın üç əsas oyunçusu dekabrın ortalarından etibarən Afrika Millətlər Kubokuna yollanacaq.

Bu səbəbdən klubun idarəetmə heyəti baş məşqçi Rumen Amorimin heyətini daha da zəiflətmək istəmir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə 14 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI