Onun transferindən vaz keçdi - “Qarabağ”ın rəqibi

6 Dekabr 2025 10:00 İngiltərə 804
Onun transferindən vaz keçdi - “Qarabağ”ın rəqibi

“Liverpul” müdafiə xəttini gücləndirmək üçün nəzərdə tutulan əsas namizədlərdən biri - Almaniya yığmasının və Dortmund “Borussiya”sının futbolçusu Niko Şlotterbeki transfer etmək planlarından vaz keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Mersisayd klubu 26 yaşlı müdafiəçi uğrunda mübarizəni dayandırıb.

Halbuki ingilislər onu yanvar transfer pəncərəsində heyətə qatmağı nəzərdə tuturdular.

Şlotterbekin “Borussiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. O, bu mövsüm Dortmund təmsilçisinin heyətində 14 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü