“Bu komandanın oyun fəlsəfəsini anlaya bilmirəm, başa düşmürəm”

00:10 İngiltərə 54
“Bu komandanın oyun fəlsəfəsini anlaya bilmirəm, başa düşmürəm”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill Premyer Liqanın 14-cü turunda keçmiş komandasının “Vest Hem”lə 1:1 hesablı heç-heçəsindən sonra “qırmızı şeytanlar”ın oyununu sərt tənqid edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, Nevill, xüsusilə, “Mançester Yunayted”in zəif və reaksiyasız çıxışının onu məyus etdiyini bildirib:

“Komandanın oyun fəlsəfəsini anlaya bilmirəm, başa düşmürəm. Reaksiyanın olmamasını, intensivliyin çatışmazlığını anlamıram.

Oyunun bu qədər yavaş olmasını dərk etmirəm. Riskin olmamasını da izah edə bilmirəm”.

O, baş məşqçi Ruben Amorimin matçdan öncə daha aqressiv və sürətli oyun istədiyini xatırladaraq, bunların meydançaya yansımadığını vurğulayıb:

“Amorim bizə daha başlanğıcdan intensivlik istədiyini dedi. Amma meydanda bu yoxdur. Niyə belədir? Mən başa düşə bilmirəm.

Komandada həvəs, irəli atılmaq, oyuna bütün varlığını qoymaq istəyi görmürəm. Onlar bizə kim olduqlarını göstərirlər – liqada 7-ci, 8-ci və ya 9-cu yerə layiq komanda”.

“Mançester Yunayted” bu matçdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb, “Vest Hem” isə 12 xalla 18-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?