Fransa çempionatından iki futbolçunu izləyir - Paytaxt təmsilçisi

6 Dekabr 2025 00:00 İngiltərə 804
Fransa çempionatından iki futbolçunu izləyir - Paytaxt təmsilçisi

“Çelsi” Fransa çempionatında çıxış edən iki gənc futbolçunu transfer hədəfinə alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Londonluların hədəfində “Lill”in 18 yaşlı yarımmüdafiəçisi Ayyubu Buaddi və “Mets”in 16 yaşlı hücumçusu Brayan Maco var. Klub yaxın transfer pəncərələrində komandaya perspektivli, gənc oyunçular cəlb etməyi planlaşdırır.

“Çelsi” Premyer Liqanın 14 turundan sonra 24 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider “Arsenal”dan 9 xal geri qalır.

Enzo Mareskanın komandası UEFA Çempionlar Liqasının 4-cü turunda, Bakıda “Qarabağ”ın qonağı olub – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü