“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
İddiaya görə, hazırda Quehini transfer etmək üçün əsas favorit məhz “Mançester Siti”dir.
Futbolçunun London klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq və “şəhərlilər” onu Con Stounz üçün ideal varis hesab edirlər.
“Liverpul” da daxil olmaqla digər namizədlər mübarizəni davam etdirsə də, Pep Qvardiolanın komandası transferi gerçəkləşdirməkdə daha israrlıdır.
“Kristal Pelas” 25 yaşlı müdafiəçini pulsuz itirmək istəmir və “Mançester Siti”nin artıq yanvarda onun üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
İngiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 22 matça çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

