Premyer Liqada fitə basılan qapıçı İtaliyaya üz tutacaq?

5 Dekabr 2025 15:20 İngiltərə 820
Premyer Liqada fitə basılan qapıçı İtaliyaya üz tutacaq?

“Tottenhem”in qapıçısı Quqlielmo Vikario karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

İddiaya görə, italiyalı qolkiperin xidmətində “İnter” ciddi şəkildə maraqlıdır və artıq onun nümayəndələri ilə əlaqə saxlayıblar.

Vikario azarkeşlərlə yaşadığı gərginlik səbəbindən klubdan ayrılmağa hazırdır. “Tottenhem”in fanatları ona mənfi münasibət göstərir və oyunlar zamanı onu fitə basırlar.

29 yaşlı qapıçı 2025/26 mövsümündə 20 matçda meydana çıxıb, 27 top buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!